Компании
Azərbaycan dili
·
English
·
Русский язык
Связаться с нами
(012) 526-44-11boss@boss.az





(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Русский язык
2006-2026 Digital Classifieds MMC. ИНН: 1405631661
КомпанииКарта сайта
Вакансии
/
Все вакансии
/
Продажи и обслуживание клиентов
/
Руководитель отдела продаж
/
Баку
/
Korporativ satış rəhbəri

Anjeer

Korporativ satış rəhbəri

1200 - 1500 ₼
№ 272369
Обновлено: 28.11.2026
Просмотры: 14353
Добавляйте объявление в Избранное
Город
Баку
Возраст
от 25 до 35
Образование
Высшее
Опыт работы
От 1 года до 3 лет

Описание вакансии

Anjeer komandamızı genişləndirir və korporativ satış istiqamətini idarə edəcək, nəticəyönümlü Korporativ Satış Rəhbəri axtarır.

Anjeer – premium quru meyvələr, çərəzlər, lokum, şokolad və xüsusi hədiyyə qutuları təqdim edən yerli brenddir. Korporativ müştərilər üçün şirkətlərin tədbirləri, bayramları, əməkdaş və tərəfdaş hədiyyələri üçün fərdi dizayn və büdcəyə uyğun xüsusi hədiyyə həlləri hazırlayırıq.

Bu vəzifədə əsas məqsədimiz sadəcə satış həyata keçirmək deyil, Anjeer üçün güclü korporativ müştəri bazası yaratmaq və uzunmüddətli B2B satış kanalı qurmaqdır.

Biz nə təklif edirik?

1,200–1,500 AZN sabit əmək haqqı;

Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi;

Uğurlu nəticə göstərdikdə gəlir imkanının əhəmiyyətli dərəcədə artırılması;

Premium və sürətlə inkişaf edən yerli brenddə işləmək imkanı;

Korporativ satış istiqamətinin qurulmasında rəhbər rol;

Hazır məhsul və hədiyyə portfeli;

Satış prosesində şirkət tərəfindən marketinq və məhsul dəstəyi;

Peşəkar inkişaf və karyera imkanları.

Biz kim axtarırıq?

Bizə sadəcə telefonla zəng edən satış əməkdaşı deyil, öz müştəri bazasını yarada bilən, şirkətlərə daxil ola bilən, qərarverici şəxslərlə əlaqə qura bilən və satışı sonadək bağlaya bilən satış mütəxəssisi lazımdır.

Əgər siz yeni müştəri tapmaqdan, görüş keçirməkdən və real satış nəticəsi əldə etməkdən zövq alırsınızsa, sizi komandamızda görmək istəyirik.

Müraciət üçün CV-nizi göndərərkən mövzu hissəsində “Korporativ Satış Rəhbəri” qeyd etməyiniz xahiş olunur.


Обязанности

Yeni korporativ müştərilərin aktiv şəkildə axtarılması və cəlb edilməsi;

Şirkətlərin HR, Procurement, Marketing, Administrative və Management nümayəndələri ilə əlaqələrin qurulması;

Potensial müştərilər üzrə satış bazasının formalaşdırılması və daim yenilənməsi;

Korporativ müştərilərlə görüşlərin təşkili və Anjeer məhsullarının təqdim edilməsi;

Korporativ hədiyyə qutuları və xüsusi sifarişlər üzrə kommersiya təkliflərinin hazırlanması;

Müştərinin ehtiyacına uyğun fərdi məhsul və hədiyyə paketlərinin hazırlanmasının koordinasiyası;

Qiymət, miqdar, dizayn, çatdırılma və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;

Yeni müqavilələrin və sifarişlərin əldə edilməsi;

Mövcud korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;

Böyük şirkətlər, banklar, sığorta şirkətləri, otellər, restoranlar, dövlət və özəl müəssisələr, tədbir və marketinq şirkətləri üzrə satış imkanlarının araşdırılması;

Mövsümi korporativ kampaniyaların – Novruz, Ramazan, Yeni il, 8 Mart, şirkət tədbirləri və digər xüsusi günlər üzrə satışların təşkil edilməsi;

Satış planının hazırlanması və aylıq hədəflərin yerinə yetirilməsi;

Satış pipeline-ının idarə olunması və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.


Требования

B2B və ya korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;

Korporativ müştərilərlə işləmək və yeni müştəri bazası yaratmaq bacarığı;

Aktiv satış və cold call təcrübəsi;

Şirkət rəhbərləri və qərarverici şəxslərlə görüşlər aparmaq bacarığı;

Güclü kommunikasiya və təqdimat bacarığı;

Danışıqlar aparmaq və satışın bağlanması bacarığı;

Kommersiya təklifləri hazırlamaq bacarığı;

Nəticəyönümlü və təşəbbüskar olmaq;

Satış hədəfləri ilə işləmək təcrübəsi;

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;

Rus və ingilis dillərini bilmək üstünlükdür;

MS Office və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür;

Şəxsi avtomobilin olması üstünlükdür.

Откликнуться на эту вакансию

Формат (5 МВ): doc, docx, pdf
Мы передадим эти данные работодателю - сейчас и при следующих откликах.

AN

Anjeer
Korporativ satış rəhbəri1200 - 1500 ₼
Добавляйте объявление в Избранное